UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirildi – NƏTİCƏLƏR

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib.

Etikxeber.az xəbər verir ki, turun ilk oyunu Qazaxıstanda “Astana” klubu ilə Çexiyanın “Slavia” komandası arasında olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Avroliqada çıxış edən Türkiyə təmsilçiləri isə Portuqaliya klubları ilə qarşılaşıblar. “Konyaspor” doğma meydanda “Gimarayş” klubunu 2:1 hesabı ilə məğlub edib, “Başakşəhər” isə səfərdə “Braqa”ya uduzub – 1:2. Turun sürpriz nəticəsi isə İspaniyada qeydə alınıb. Bilbaonun “Atletik” klubu öz meydanında Ukrayna təmsilçisi “Zorya”ya məğlub olub – 0:1.

Digər görüşlər isə aşağıdakı kimi nəticələnib:

“A” qrupu

“Makkabi” (Təl-Əviv, İsrail) – “Vilyarreal” (İspaniya) – 0:0

“B” qrupu

“Partizan” (Serbiya) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:3

“Skenderbeu” (Albaniya) – “Yanq Boyz” (İsveçrə) – 1:1

“C” qrupu

“Lüdoqorets” (Bolqarıstan) – “Hoffenhaym” (Almaniya) – 2:1

“D” qrupu

AEK (Yunanıstan) – “Austria” (Avstriya) – 2:2

“Milan” (İtaliya) – “Riyeka” (Xorvatiya) – 3:2

“E” qrupu

“Everton” (İngiltərə) – “Apollon” (Kipr) – 2:2

“Lion” (Fransa) – “Atalanta” (İtaliya) – 1:1

“F” qrupu

“Lokomotiv” (Rusiya) – “Zlin” (Çexiya) – 3:0

“Şerif” (Moldova) – “Kopenhagen” (Danimarka) – 0:0

“G” qrupu

“Viktoriya” (Çexiya) – “Hapoel” (İsrail) – 3:1

“Luqano” (İsveçrə) – “Styaua” (Rumıniya) – 1:2

“H” qrupu

“Köln” (Almaniya) – “Srvena Zvezda” (Serbiya) – 0:1

“BATE” (Belarus) – “Arsenal” (İngiltərə) – 2 :4

“İ” qrupu

“Zalsburq” (Avstriya) – “Marsel” (Fransa) – 1 :0

“J” qrupu

“Ostersun” (İsveç) – “Herta” (Almaniya) – 1:0

“K” qrupu

“Latsio” (İtaliya) – “Sulte Varegem” (Belçika) – 2:0

“Nitsa” (Fransa) – “Vitess” (Hollandiya) – 3:0

“L” qrupu

“Rusenborq” (Norveç) – “Vardar” (Makedoniya) – 3:1

“Zenit” (Rusiya) – “Real Sosyedad” (İspaniya) – 3:1

Etikxeber.az

Read Previous

“İndi də Azərbaycanda buna nail olmaq istəyirlər…” – DEPUTAT

Read Next

Siyasilər 25 yaşı tamam olacaq Minsk qrupu və həmsədrlərdən artıq konkret addım gözləyir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir