UEFA “Beşiktaş”la “Trabzonspor” üçün elə bir qərar verdi ki… ŞOK

UEFA “Beşiktaş” və “Trabzonspor”u şoka salacaq qərar verib.

Etikxeber.az-ın məlumatına görə, qitənin ali futbol qurumundan bildirilib ki, hər iki komanda 2016/17 mövsümü üçün maliyyə “Feyr-Pley” qaydalarına qismən əməl ediblər.

Buna görə də onlara qarşı tətbiq edilən bəzi qərarlar qüvvədə qalacaq. Belə ki, hər iki komanda növbəti mövsüm üçün Avrokuboklarda iştirak ərizəsinə məhdud sayda oyunçu əlavə edə biləcək. Üstəlik, iki komandanın da transferlərdəki məhdudiyyəti davam edəcək. Bu komandaların UEFA ilə olan razılaşması 2018/19 mövsümünün sonuna qədər davam edəcək.

Digər tərəfdən, “Fənərbaxça”nın 2016/17 mövsümü üçün müəyyən olunmuş hədəflərə çatdığı, ancaq 2019/20 mövsümünə kimi müşahidə altında olacağı bildirilib.

Etikxeber.az

Read Previous

“Yeni münaqişələr, təhlükələr yaranır…” – BİRİNCİ VİTSE-PREZİDENT – FOTOLAR

Read Next

Düşmən atəşkəs rejimini 117 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir