UEFA Çempionlar Liqası-“BAVARİYA” 11-Cİ DƏFƏ FİNALDA…

 UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyunu keçirilib.

Etikxeber.az xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniyanın “Bavariya” klubu Fransanın “Lion” komandasını ilə qarşılaşıb.

Portuqaliyanın paytaxtı Lissabondakı “Eştadiu Joze Alvalade” stadionunda keçirilən görüş “Bavariya” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda münxenlilərin heyətində Serj Qnabri (2) və Robert Levandovski fərqləniblər.

Beləliklə, “Bavariya” qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə Almaniyanın “Leypsiq” klubunu 3:0 hesabı ilə məğlub edən Fransanın PSJ komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, “Bavariya” tarixində 11-ci dəfə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb və onlardan beşində qalib qəlib.

Etikxeber.az

Read Previous

Böyükçöl sərbəst buraxıldı-ATASI DAXİLİ İŞLƏR NAZİRİNƏ MİNNƏTDARLIQ ETDİ – YENİLƏNİB

Read Next

“Neftçi”-“Şkupi” matçının UEFA nümayəndəsi və hakim-inspektoru-MÜƏYYƏNLƏŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir