Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində ikinci turun növbəti oyunları keçirilib.
Etikxeber.az xəbər verir ki, E qrupunda yer alan İtaliyanın “Napoli” komandası səfərdə Belçikanın “Genk” komandasının qonağı olub.
Görüşdə hesab açılmayıb.
Xatırladaq ki, ilk turda “Napoli” son çempion “Liverpul”u öz meydanında 2:0 hesabı ilə məğlub etmişdi. “Genk” isə səfərdə “Zaltsburq”a böyük hesabla enilib – 2:6.
İkinci günün digər erkən başlayan görüşündə Almaniyanın “Borussiya”sı Çexiyanın “Slaviya Praqa” komandasından üstün olub – 2:0.
Digər oyunların nəticələri:
“Liverpul” (İngiltərə) – “Zalsburq” (Avstriya) – 4:3
“Barselona” (İspaniya) – “İnter” (İtaliya) – 2:1
“Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya) – 3:1
“Leypsiq” (Almaniya) – “Lion” (Fransa) – 0:2
Valensiya” (İspaniya) – “Ayaks” (Hollandiya) – 0:3
“Lill” (Fransa) – “Çelsi” (İngiltərə) – 1:2
Etikxeber.az