UEFA Çempionlar Liqasında I tura yekun vuruldu – NƏTİCƏLƏR – FOTO

UEFA Çempionlar Liqasında I tura yekun vurulub.

Etikxeber.az məlumat verir ki, A, B, C və D qruplarında oyunlar keçirilib.

Günün son altı görüşündən dördündə böyük hesab qeydə alınıb.

A qrupunun böyük maraqla gözlənilən PSJ – “Real” oyununda meydan sahibləri Madrid təmsilçisini darmadağın ediblər. “Bavariya” favoriti sayıldığı B qrupunda “Srvena Zvezda”nı böyük hesabla üstələyib.

C qrupunda Zaqreb “Dinamo”su “Atalanta”nın debütünü darmadağınla korlayıb. “Mançester Siti” isə Ukrayna səfərində “Şaxtyor”dan 3 xal alıb.

“Lokomotiv” səfərdə “Bayer”i məğlubiyyətə uğradıb. Bu komandaların yer aldığı D qrupunun digər matçında isə “Yuventus” Madriddə “Atletiko” ilə qarşılaşıb. Hərəyə 2 qol vuran komandalar 1 xalla kifayətləniblər.

Qeyd edək ki, günün ilk iki oyununda heç-heçə qeydə alınıb. A qrupunda “Brügge” “Qalatasaray”ı (0:0), B qrupunda “Olimpiakos” “Tottenhem”i (2:2) qonaq edib.

qalataaa

Çempionlar Liqası
Qrup mərhələsi
I tur
18 sentyabr

A qrupu
23:00. PSJ (Fransa) – “Real” (İspaniya) – 3:0

Di Mariya, 14, 33, Menye, 90

B qrupu
23:00. “Bavariya” (Almaniya) – “Srvena Zvezda” (Serbiya) – 3:0

Koman, 34, Levandovski, 80, Müller, 90

C qrupu
23:00. “Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə) – 0:3

Mahrez, 24, Gündoğan, 38, Jezus, 76
23:00. “Dinamo” (Z, Xorvatiya) – “Atalanta” (İtaliya) – 4:0
Leovaç, 10, Orsiç, 31, 42, 68

D qrupu
23:00. “Atletiko” (İspaniya) – “Yuventus” (İtaliya) – 2:2

Saviç, 70, Herrera, 90 – Kuadrado, 48, Matuidi, 65
23:00. “Bayer” (Almaniya) – “Lokomotiv” (Rusiya) – 1:2
Hovedes, 28 (avtoqol) – Krxovyak, 16, Barinov, 37

Etikxeber.az

Read Previous

“Əsrin müqaviləsi”nin siyasi, iqtisadi və sosial tərəfləri – MİLLƏT VƏKİLİNİN BAXIŞI

Read Next

İSMİXAN MÜƏLLİMİN XATİRƏSİNƏ – Akademik yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir