UEFA Çempionlar Liqasında üçüncü tura start veriləcək – BU GÜN

Bu gün UEFA Çempionlar Liqasının üçüncü turuna 8 oyunla start veriləcək.

Etikxeber.az xəbər verir ki, “E” qrupunda Yunanıstanın AEK komandası doğma meydanda Almaniyanın “Bavariya” kollektivini qəbul edəcək.

Qrupun digər oyununda isə Portuqaliya “Benfika”sı səfərdə Hollandiya “Ayaks”ının qonağı olacaq.

İki turdan sonra “E” qrupuna aktivlərində 4 xal olan “Ayaks” və “Bavariya” başçılıq edir. “Benfika” 3 xalla üçüncü, xalı olmayan AEK isə dördüncü yerdədir.

“F” qrupunda yer alan İngiltərə çempionu “Mançester Siti” səfərdə Ukraynanın “Şaxtyor Donetsk” komandasının qonağı olacaq. Almaniyada isə “Hoffenhaym”la “Lion” (Fransa) qarşılaşacaq.

Bu qrupa 4 xalla “Lion” başçılıq edir, 3 xalla “Mançester Siti” ikinci, “Şaxtyor Donetsk” 2 xalla üçüncü, “Hoffenhaym” isə 1 xalla dördüncü yerdə qərarlaşıb.

ufff-uefa

İki turdan sonra “G” qrupunun dörd xalla liderlik edən Rusiyanın ÇSKA-sı səfərdə İtaliyanın “Roma” komandasının qonağı olacaq. Digər oyunda isə “Real Madrid” İspaniyada qrupun autsayderi “Viktoriya Plzen”i (Çexiya) sınağa çəkəcək.

Turun maraq doğuran oyunu İngiltərənin “Old Traford” stadionunda keçiriləcək. Burada “Mançester Yunayted” və “Yuventus” (İtaliya) qarşılaşacaq.

Bu komandalar arasında ilk oyun 1972-ci ilə təsadüf edir. Həmin görüş “Qırmızı şeytanlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Ümumilikdə isə komandalar 12 dəfə qarşılaşıblar. Hər iki komandanın aktivində 5 qələbə var. İki oyun heç-heçə başa çatıb. Qrupun digər oyununda İspaniya “Valensiya”sı İsveçrənin “Yanq Boyz” kollektivinin qonağı olacaq.

Qeyd edək ki, UEFA-nın yeni reqlamentinə əsasən AEK–“Bavariya” və “Yanq Boyz”-“Valensiya” matçları Bakı vaxtı ilə saat 20:55-də, digər qarşılaşmalar isə saat 23:00-da başlayacaq.

Etikxeber.az

Read Previous

“Şerif”-“Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Read Next

Prezidentin robot “Sofiya” ilə söhbəti – FOTO(LAR) – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir