Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda mütləq rekord rəsmiləşib.
Etikxeber.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, yeni rekord “Real Madrid” (İspaniya) – “Borussiya Dortmund” (Almaniya) matçında qeydə alınıb.
2:2 hesablı bərabərliklə başa çatan qarşılaşmada Bundesliqa təmsilçisi qrupdakı qollarının sayını 21-ə çatdırıb. Bununla da Almaniya klubu ən nüfuzlu klub turnirinin 24 illik tarixində qrup mərhələsində ən çox qol vuran komanda olub.
Xatırladaq ki, bunadək rekord 1998-1999-cu ildə “Mançester Yunayted”ə, 2011-2012 və 2016-2017-ci il mövsümlərində “Barselona”ya, 2013-2014-cü ildə isə “Real Madird”ə məxsus idi. Hər üç komanda qrupda 20 dəfə rəqib qapılarına yol tapmışdılar.
Dortmund təmsilçisinin heyətində isə qrupda ən çox qol vuran Aubameyanqdır. Qabonlu forvard 5 dəfə fərqlənməklə komandasının rekordu yenilənməsində pay sahibi olub.
Etikxeber.az