UEFA Çempionlar Liqasının pley-off mərhələsi: “QARABAĞ”-“VİKTORİYA PLZEN” – 0:0 – YENİLƏNİB – (3)

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda qarşılaşacaq Ağdamın “Qarabağ” və Çexiyanın “Viktoriya Plzen” komandalarının start heyətləri müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Bədavi Hüseynov, Kadi Borges, Abdullah Zubir, Ramil Şeydayev və İbrahima Vadji yer alacaqlar.

“Viktoriya Plzen”in heyətində isə meydana Yindrjix Stanek, Lukaş Heyda, Ludek Pernitsa, Yan Sikora, Yan Kopits, Pavel Buxa, Vatslav Yemelka, Lukaş Kalvax, Milan Havel, Con Moskera və Tomaş Xori çıxacaqlar.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Oyundan əvvəl stadionda Çempionlar Liqasının möhtəşəm himni səsləndiriləcək.

Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi FIFA hakimi Slavko Vinçiçə, yan xətt hakimləri Tomaz Klancnik, Andraj Kovacic kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək. VAR hakimləri isə Nejc Kajtazovic və Jure Praprotnik olacaq.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq.

Pley-offu adlayan komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində, məğlubiyyətə uğrayan klub isə UEFA Avropa Liqasının qrup oyunlarında davam etdirəcək.

19:00

***

Oyunun birinci hissəsi başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

20:45

***

Oyunun birinci hissəsi başa çatıb.

Hesab açılmayıb-0:0.

21:34

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

Hesab 0:0-dır.

21:49

***

Qarşılaşma başa çatıb.

Hesab açılmayıb-0:0.

Etikxeber.az

Read Previous

Dövlət Sərhəd Xidmətinin əsgəri-VƏFAT ETDİ

Read Next

“Bu gün Azərbaycan ifaçılarının gözəl səsləri hamımızı heyran etdi. Bu, bizim fəxrimizdir…”-PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir