Noyabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.
Etikxeber.az xəbər verir ki, ikinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında daha səkkiz görüş keçirilib. Dördüncü turun yekununda üç komanda – “Borussiya” (Almaniya), “Lester” (İngiltərə) və “Sevilya” (İspaniya) komandaları növbəti mərhələyə vəsiqəni təmin ediblər.
Ümumilikdə dörd qrup üzrə oynanılan səkkiz qarşılaşmada aşağıdakı nəticələr qeydə alınıb:
E qrupu
“Monako” (Fransa) – MOİK (Rusiya) – 3:0
“Tottenhem” (İngiltərə) – “Bayer” (Almaniya) – 0:1
F qrupu
“Borussiya” (Dortmund) – “Sportinq” (Portuqaliya) – 1:0
“Legiya” (Polşa) – “Real” (İspaniya) -3:3
G qrupu
“Kopenhagen” (Danimarka) – “Lester” (İngiltərə) – 0:0
“Porto” (Portuqaliya) – “Brügge” (Belçika) – 1:0
H qrupu
“Sevilya” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 4:0
“Yuventus” (İtaliya) – “Lion” (Fransa) – 1:1
Qeyd edək ki, beşinci turun görüşləri noyabrın 22 və 23-də keçiriləcək.
Etikxeber.az