Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin növbəti beş oyunu keçirilib.
Etikxeber.az xəbər verir ki, Türkiyə təmsilçisi “Başakşəhər” doğma azarkeşlər önündə Yunanıstanın “Olimpiakos” klubuna məğlub olub – 0:1.
Portuqaliyanın “Portu” klubu səfərdə Rusiyanın “Krasnodar” komandasını eyni hesabla məğlubiyyətə uğradıb.
Avstriyanın LASK klubu səfərdə İsveçrə təmsilçisi “Bazel”i 2:1 hesabı ilə üstələyib. “CFR Cluj” (Rumıniya) – “Seltik” (Şotlandiya) oyununda isə qalib müəyyənləşməyib – 1:1.
Günün son oyununda “Rusenborq” (Norveç) səfərdə “Maribor” (Sloveniya) klubunu məğlub edib – 3:1.
Bu komandalar arasında cavab görüşləri bir həftə sonra keçiriləcək.
Xatırladaq ki, ötən gün Azərbaycan çempionu “Qarabağ” üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə Kiprin APOEL klubunu 2:1 hesabı ilə məğlub edib.
Etikxeber.az