UEFA Konfrans Liqası: “Qarabağ”-“Bazel” matçında-HESAB AÇILMADI – 0:0 – FOTO – YENİLƏNİB

UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turunda çərçivəsində keçirilən “Qarabağ” – “Bazel” matçının birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb.

Etikxeber.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın birinci hissəsində Ağdam təmsilçiləri hesabı açmaq üçün bir neçə qol vəziyyəti yaratsalar da, bundan istifadə edə bilməyiblər.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Kadi Borges, Toral Bayramov, Abbas Hüseynov, Kevin Medina və İbrahima Vadji meydana çıxıblar.

“Bazel”in ilk onbirliyində isə Haynts Linder, Eray Cömert, Andi Pelmar, Serxio Lopes Qalaçe, Raul Petretta, Pajtim Kasami, Darian Males, Vouter Burger, Artur Kabral, Valentin Stokker və Dan Ndoye yer alıblar.

Bu oyun “Qarabağ”ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdardır. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxır.

Qeyd edək ki, H qrupunun digər oyununda – “Kayrat” – “Omoniya” matçında qapılara qol vurulmayıb.

***

Oyunun ikinci hissəsində də qapılara qol vurulmayıb.

İkinci hissədə də Ağdam təmsilçiləri hesabı açmaq üçün bir neçə qol vəziyyəti yaratsalar belə, bundan istifadə edə bilməyiblər.

Oyun 0:0 hesabı ilə başa çatıb.

Etikxeber.az

Read Previous

“Un və un məmulatlarının qiymətinə təsirlər azaldılacaq”-NAZİRLƏR KABİNETİ

Read Next

Bu il təxminən 40 minə qədər tələbəyə təhsil kreditləri veriləcək-TƏHSİL NAZİRLİYİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir