UEFA Millətlər Liqası: Altıncı tur – NƏTİCƏLƏR – FOTO

UEFA Millətlər Liqasının 6-cı turunda növbəti oyunlar keçirilib.

Etikxeber.az xəbər verir ki, turun ikinci günündə 9 qarşılaşma olub.

Turun mərkəzi qarşılaşması Almaniyada oynanılıb.

A Liqasının 1-ci qrupunda Almaniya doğma meydanda Hollandiya ilə üz-üzə gəlib. Bundestim görüşün əvvəllərində iki qolla öndə olsa da, sonlara doğru qapısından eyni sayda top buraxaraq, qələbəni əldən verib. Bu heç-heçə nəticəsində Hollandiya qrup qalibinə çevrilib və pley-offa yüksəlib. Almaniya isə hələ ötən turdakı sonuncu yerin sahibi kimi B Liqasına enib.

C Liqasının 3-cü qrupunda Bolqarıstan Sloveniya ilə heç-heçə edib – 1:1. Qolu “Xəzər Lənkəran”ın sabiq futbolçusu Qalin İvanov vurub.

Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:

liqa

A Liqası 1-ci qrup

Almaniya – Hollandiya – 2:2

B liqası 1-ci qrup

Çexiya – Slovakiya – 1:0

B liqası 4-cü qrup

Danimarka – İrlandiya – 0:0

C liqası 3-cü qrup

Bolqarıstan – Sloveniya – 1:1

Kipr – Norveç – 0:2

D liqası 1-ci qrup

Andorra – Latviya – 0:0

Gürcüstan – Qazaxıstan – 2:1

D liqası 4-cü qrup

Makedoniya – Cəbəllütariq – 4:0

Lixtenşteyn – Ermənistan – 2:2

Etikxeber.az

Read Previous

20 noyabr terraktından 27 il ötür…

Read Next

Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır- FRANSIZ DEPUTATIN İDDİASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir