UEFA Superkubokunun qalibi – “LİVERPUL” OLDU – FOTOLAR

UEFA Superkubokunun qalibi müəyyənləşib.

Etikxeber.az xəbər verir ki,  Türkiyənin İstanbul şəhərində baş tutan həlledici matçda ötən mövsüm avrokubok qazanan klublar üz-üzə gəliblər.

Çempionlar Liqasının qalibi olan “Liverpul” İngiltərə derbisində Avropa Liqasını başı üzərinə qaldıran “Çelsi” ilə qarşılaşıb.

6-cı dəfə Superkubok mübarizəsi aparan “Liverpul” sonuncu dəfə 2005-ci ildə qazandığı mükafata 4-cü dəfə yiyələnib. 14 ildir analoji matçın qalibi ola bilməyən ingilislər bu görüşlə İspaniyanın 5 illik hegemonluğuna da son qoyublar.

 Superkubok tarixində ilk dəfə qadın – fransalı Stefani Frappartın idarə etdiyi oyunun birinci hissəsi “Çelsi”nin xeyrinə yekunlaşıb.
Londonlular Olivyer Jirunun vurduğu qol sayəsində fasiləyə öndə yollanıblar. Bu qola kimi isə meydana girən azarkeş stadionda olanları coşdurub.

İkinci yarıda “Liverpul” statuts-kvonu bərpa edə bilib. Sadio Manenin dəqiq zərbəsi görüşdə bərabərlik yaradıb. Qoldan sonra komandaların bir neçə dəfə şansları olsa da, sonda ya qapıçılar, ya da qeyri-dəqiqlik hesabın dəyişməsinə imkan verməyib.

Qalib müəyyənləşmədiyindən komandalar daha 30 dəqiqə mübarizə aparıblar və əlavə vaxtda da hərəyə bir dəfə fərqləniblər. “Liverpul”un heyətində Roberto Firminonun ikinci məhsuldar ötürməsini yenə Sadio Mane qolla başa çatdırıbsa, “Çelsi”dən Jorjinyo rəqib qapısına yol tapıb. O, penaltini dəqiq yerinə yetirib.

Beləliklə, matçın əsas və əlavə vaxtı heç-heçə – 2:2 hesabı ilə yekunlaşdığından qalib penaltilər seriyasında bəlli olub. “Lotereya”da daha dəqiq olan “Liverpul” Superkuboka yiyələnib.

UEFA Superkuboku
14 avqust
23:00. “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) – 2:2, pen 5:4. 
QOLLAR: Mane, 48, 95 – Jiru, 36, Jorjinyo, 101 (pen)
Baş hakim: Stefani Frappart (Fransa)
İstanbul. “Vodafon Park” stadionu

liver-2

liver

liver-3

liver-6

liver-7

liver-8

liver-10

liver-9

liver-5

Etikxeber.az

Read Previous

“Qoşulmama” ərazi bütövlüyümüzün dəstəklənməsi üçün əhəmiyyətli platformadır” – FƏRİD ŞƏFİYEV

Read Next

Batma təhlükəsi ilə üzləşən daha iki nəfər xilas edildi – BİRİ XARİCİ ÖLKƏ VƏTƏNDAŞIDIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir