UEFA yeni topunu təqdim etdi – FOTO

UEFA Çempionlar Liqasında pley-off mərhələsindən etibarən istifadə ediləcək rəsmi topu təqdim edib.

Etikxeber.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, top “Adidas” şirkəti tərəfindən hazırlanıb.

Səkkizdəbir finalda “Şalke” (Almaniya) – “Mançester Siti” (İngiltərə), “Atletiko” (Madrid, İspaniya) – “Yuventus” (İtaliya), “Mançester Yunayted” (İngiltərə) – “Paris Sen-Jermen” (Fransa), “Tottenhem” (İngiltərə) – “Borussiya Dortmunt” (Almaniya), “Lion” (Fransa) – “Barselona” (İspaniya), “Roma” (İtaliya) – “Portu” (Portuqaliya), “Ayaks” (Hollandiya) – “Real Madrid” (İspaniya) və “Liverpul” (İngiltərə) – “Bavariya” (Almaniya) görüşləri olacaq.

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda adları birinci göstərilən komandaların meydanlarında, cavab görüşləri 5-6 və 12-13 martda təşkil olunacaq.

Etikxeber.az

Read Previous

İlham Əliyev və Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi – FOTOLAR- YENİLƏNİB – (1)

Read Next

Ərdoğanla Tramp yenidən görüşdü – TELEFONDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir