“Uğursuzluqları, fiaskoları ard-arda gələcək…” – ELDƏNİZ SƏLİMOV – BAXIŞ BUCAĞI

Ermənistan Xaçaturov şokunu hələ çox yaşayacaq

Ermənistanın qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasət Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına (KTMT) məlumdur. İşğalçı ölkə bu siyasətinə görə təşkilat üçün əlavə yük və problemdən başqa bir şey deyil. Qurumun təsis olunmasından etibarən KTMT-yə Ermənistan qədər zərbə vuran ikinci bir dövlət olmayıb.

ktmttttt

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Aydın Hüseynov mətbuata açıqlamasında deyib.

Deputat qeyd edib ki, sammitdə təşkilatın baş katibi vəzifəsində olan Yuri Xaçaturovun azad edilməsi Ermənistanın 2020-ci ilə qədər bu təşkilatda söz sahibi olmaq niyyətini puç etdi:

“Xaçaturov cəmi ilyarım bu vəzifəni tutdu və məqsəd o idi ki, növbəti ilyarım ərzində də bu postda olsun. Ümumiyyətlə, KTMT-nin Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir”.

Onun sözlərinə görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı nümayəndəsinin geri çağırılması təbiidir:

“ Çünki Paşinyan hakimiyyətə gəldikdən sonra əvvəlki hərbi cinayətkar rejimin yanlış siyasətini davam etdirir. Bu sammit həm də onunla yadda qaldı ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq təşkilat öz Nizamnaməsində dəyişiklik edir. Təşkilat yanında müşahidəçi dövlət statusunu müəyyən edir. Bu, Azərbaycan üçün hazırlanmış bir sənəddir. Ermənistan rəhbərliyi əmin oldu ki, onların hər zaman güvəndikləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın çox ciddi nüfuzu var”.

Millət vəkili diqqətə çatdırıb ki, bütün bunlar çox önəmli hadisələrdir:

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistan hər zaman təşkilatın imkan və potensialından istifadə etməklə Azərbaycanı təhdid edib. Lakin bu sammit bir daha göstərdi ki, Ermənistanın bu təşkilatla bağlı düşüncələri xülyadır. Reallıqda bu təşkilat Azərbaycanla sıx əməkdaşlıq münasibətləri qurmaq istəyir. Bundan başqa, Azərbaycanın təşkilatın üzv dövlətləri yanında nüfuzu və əhəmiyyəti o qədər böyükdür ki, KTMT Nizamnaməsində dəyişiklik edilərək müşahidəçi dövlət statusu təsis edilib. Bu, hadisə bir daha göstərdi ki, Ermənistanın beynəlxalq təşkilatlarda nüfuzu aşağıdır. Bu uğursuzluq işğalçı ölkədə siyasi-sosial böhranın dərinləşməsinə yol açacaq”.

aydin huseynov 2156564

eldeniz-eldeniz

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, işğalçı və təzavüzkar Ermənistan növbəti dəfə fiasko ilə üzləşdi.

Millət vəkilinin dediyinə görə, Ermənistan bu dəfə isə ağır zərbəni, tərs şilləni çox güvəndiyi təşkilatdan-KTMT-dən aldı:

“Bu, əslində gözlənilən idi. Çünki istər Ermənistan, istərsə də əli Azərbaycan xalqının qanına bulaşmış, eyni zamanda, bir zamanlar öz xalqının qanını tökmüş cinayətkar Xaçaturov KTMT üçün artıq əməli-başlı başağrısı idi, onun üçün ciddi problemlər yaradırdı. Çox yaxşı haldır ki, bunu KTMT-nin üzvü olan digər dövlətlər, onların liderləri də zamanında (bəlkə də bir qədər gec) başa düşdülər və özlərini Xaçaturov biabırçılığından qurtardılar. Bu, həm də Azərbaycanın, KTMT-nin üzvü olmasa da, bu quruma təsirini, onun çəkisini və nüfuzunu bir daha açıqlığı ilə ortaya qoydu. Yəni, KTMT-dəki dövlətlər belə bir mövqe sərgiləməklə həm də Azərbaycanla münasibətləri daha üstün tutmuş, onunla hesablaşmış oldular. Hesab edirəm ki, bu məsələ Ermənistanda mövcud olan qeyri-sabit durumu daha da gərginləşdirəcək, qəlizləşdirəcək. Onlar bu uğursuzluğun şokunu hələ çox yaşayacaqlar. Yaşasınlar, bu, onların problemidir. Neçə ki, öz işğalçılıq və təzavüzkarlıq siyasətlərindən əl çəkməyiblər, şovinizm xəstəliyindən qurtulmayıblar, qurtulmaq istəmirlər, belə də olacaq, uğursuzluqlarının davamı ard-arda gələcək, daha da təcrid olunmuş vəziyyətə məhkum olacaqlar. Necə deyərlər, nə əkərsən, onu da biçərsən”.

Etikxeber.az

Read Previous

İŞİD Tacikistanda cəzaçəkmə müəssisəsində qiyam törətdi: AZI 47 ÖLÜ – FOTO

Read Next

Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentini qəbul etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir