Ukraynada iki türk tələbə qız qətlə yetirildi – FOTOLAR – YENİLƏNİB

Ukraynanın Xarkov şəhərində Türkiyədən olan iki tələbənin yaşadıqları evdə meyitləri tapılıb. 

Etikxeber.az Türkiyə və Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin Milli Polisi məlumat yayıb.

20 və 22 yaşında olan qadınlar dekabrın 31-dən mobil telefonlarına cavab verməyiblər.

Yanvarın 3-də isə tələbə oğlan polisə müraciət edərək tələbə yoldaşlarının yerinin müəyyən olunmasını istəyib. Polislər türkiyəli tələbələrin yaşadıqları evə gələrək onların meyitlərini müəyyən ediblər.

Onların üzərində zorakılıq əlamətləri aşkar olunub. Türkiyədən olan tələbələr Xarkov Tibb Universitetinin ikinci kursunda təhsil alırdılar.

Faktla bağlı cinayət işi açılıb və cinayətkarın tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

myanettt

myanet-2

***

Son məlumata görə, tələbə qızların kirayə yaşadıqları mənzilin sahibi ilə və həmin qızlardan birinin keçmiş sevgilisi saxlanılıb.

Etikxeber.az

Read Previous

Kür çayının aşağı axınında suyun səviyyəsi artıb…

Read Next

Diplomat yoxa çıxıb – İTALİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir