“Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur”-AZƏRBAYCAN XİN

Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanatında bildirilib.

Bəyanatda deyilir:

“Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir.

Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.

Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur”.

Etikxeber.az

Read Previous

“Beynəlxalq cəmiyyəti Qarabağda “seçki” adlandırılan qanunsuz fəaliyyətləri qətiyyətlə pisləməyə çağırırıq”-XİN

Read Next

İsmayıllının ilk İkinci Vətən Müharibəsi Şəhidi, cəmi 18 gündən sonra 3-cü ildönümü gələn, hələ də Orden Haqqı tanınmayan, evin-ailənin tək və subay oğlu-FƏRİD ƏLİYEVİN MƏZARI VƏ OCAĞINI ZİYARƏT… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir