Ukraynanın Xalq Artisti Bakı teatrının səhnəsində çıxış edəcək

Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən  Etikxeber.az-a bildirilib ki, səhnə əsərində baş rolda Ukrayna Milli Opera Teatrının prima-balerinası, Ukraynanın Xalq Artisti Tatyana Qolyakova çıxış edəcək. Onun tərəf-müqabili kimi Qraf Albertin partiyasını ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski ifa edəcək. Mirta rolunu isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının gənc solisti Ayan Eyvazova canlandıracaq.

Tamaşanı Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Etikxeber.az

Read Previous

Naməlum uçan obyekt Günəşin enerjisini sorur

Read Next

Saleh Məmmədov: “4 yol qovşağı və su üzərində 5 hidravlik körpü inşa olunub”-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir