Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlamentin bugünki iclasında Azərbaycanda kənd təsərrüfatının qarşısında duran ən vacib məsələlərdən biri-su problemi haqqında danışıldı. Məsələ ilə əlaqədar deputatlar çıxış edərək əhalinin su problemləri, dövlətin bu istiqamətdə indiyədək gördüyü və görüləcəyi planlaşdırılan layihələri haqqında fikir mübadiləsi apardılar. Xatırlatmaq istəyirəm ki, mənim deputat kimi Nazirlər Kabinetinə ilk müraciətimdə Kürdəmir rayonunda əkin sahələrinin suvarılması problemi qaldırılmışıdı.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Əminə Ağazadə bildirib.
“Məlumat üçün bildirirəm ki, hazırda bu məsələ ilə əlaqədar Meliorasiya və Su Təsərrüfatı ASC-yə tərəfimdən müraciət hazırlanaraq təqdim edilib və bu məsələnin rayon üçün aktulallığı xüsusi olaraq qeyd edilib. Ümid edirəm ki, dövlət qurumları bununla əlaqədar əməli tədbirlər görəcək”-deyə, o, əlavə edib.
Etikxeber.az