“Ümumi təhsil haqqında” qanun layihəsindən yeni nə xəbər var? – AÇIQLAMA

Komitə sədri: “Yeni qanun layihəsinin ilkin variantı hazırdır”

“Ümumi təhsil haqqında” qanun layihəsinin ilkin variantını hazırlamışıq.

Etikxeber.az  xəbər verir ki, bunu parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli adıçəkilən komitənin iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı müzakirələr zamanı deyib.Komitə sədri bildirib ki, bir sıra ölkələrin bu sahədə olan qanunları ilə tanış olublar:

isa-habib

“Ölkəmizdə fəaliyyət göstərən özəl məktəblərin nümayəndələri ilə də müzakirələr aparmışıq. Yeni hazırlanan qanun layihəsi 5 fəsil 26 maddədən ibarətdir. İyun ayında işçi qrupunun iclasında ilkin variantı təqdim etdik. İlkin variant işçi qrupunun üzvlərinə təqdim olunub. Düşünürəm ki, may ayına qədər qanun layihəsini tam təhvil verə bilərik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MUSANIN MÜDAFİƏÇİLƏRİ, MƏHƏMMƏDİN DÜŞMƏNLƏRİ… – Zahid Oruc “sükutu” pozdu…

Read Next

Təhsil kreditləri ilə bağlı qanunun üzünə “gün” doğacaqmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir