“Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur…”-AQİL ABBASDAN SƏRT SÖZLƏR

Əlilliyin müəyyən olunması səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən alınıb Səhiyyə Nazirliyinə verildi. Buna görə də, əlilliklə bağlı bu nazirliyi ittiham etmək lazım deyil.

Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentin iclasında millət vəkili Aqil Abbas deyib.

Millət vəkili bildirib ki, sanki Səhiyyə Nazirliyindəkilər süddən çıxmış ağ qaşıqdır.

“Səhiyyə Nazirliyinin yerlərdəki baş həkimləri guya əlilliyin müəyyən olunmasını həyata keçirirlər. Azərbaycanda Səhiyyə Nazirliyi heç öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur…Həm də “VTEK”-lərə it dəymişdi ki?!”-deyə, A.Abbas əlavə edib.

Spiker Sahibə Qafarova isə iclasda Səhiyyə Nazirliyinin rəsmilərinin iştirak etmədiyini və bu səbəbdən onlarla bağlı geniş müzakirələrin açılmasının bir o qədər düzgün olmadığını bildirib.

Həm də əlavə edib ki, son dövrlərdə xüsusilə, səhiyyə işçilərinin, həkimlərin fədakarlığı ortadadır və bunları danmaq olmaz.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“15 min 200 tələbənin təhsil haqqının ödənilməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub ki…”-TAHİR MİRKİŞİLİ – MALİYYƏ NAZİRLİYİ DƏ TƏHSİL HAQLARI MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRDİ – YENİLƏNİB

Read Next

“Uşaq pulu məsələsi Qarabağ məsələsi qədər strateji məsələdir və həllini tapmalıdır”-TAHİR KƏRİMLİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir