UNESKO-nun qədim Şəkinin adına layiq qərarı… – ƏLİ MƏSİMLİ YAZDI

Doğma Azərbaycanımızın dilbər guşələrindən biri olan Şəki mənim bala vətənimdir…

Həyatımın daha çox yaddaqalan səhifələrinin xeyli hissəsi bu şəhərlə bağlıdır.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi xəbərini böyük sevinc, qürür və fəxarət hissi ilə qarşıladım.

UNESKO-nun bu qərarı ilə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Azərbaycan xalqı ilə yanaşı, həm də bəşəriyyətin mədəni irsi elan olundu.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin bu qərarı qədim Şəkinin adına layiq olmaqla, həm də Azərbaycanımız üçün də böyük hadisədir. 

Şəki- qədim tariximizin əksər mərhələlərini özündə birləşdirən bənzərsiz bir şəhər-açıq səma altında tarix muzeyidir.

Şəki-Azərbaycan dövlətçiliyinin möhtəşəm qalalarından biridir.

Şəki ilə yaxından tanışlıq Azərbaycan dövlətinin nə qədər qədim və özünəməxsus dəyərlər daşıyıcısı olan bir dövlət olduğunu göstərir.

Şəki- tarixin dərinliklərindən süzülüb gələn çox dəyərli abidələr məskənidir.

Qədim Alban məbədi və digər qədim abidələrlə yanaşı, Azərbaycan tarixinin xanlıqlar dövrünün ən möhtəşəm memarlıq nümunəsi də Şəkidədir.

Məşhur Türk şairi Nazim Hikmət deyib ki: “Əgər Azərbaycanln başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi”.

alik-mas

TÜRKSOY tərəfindən Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Şəki şəhəri tarixi abidələri ilə yanaşı səfalı təbiəti,rəngarəng mənzərələri, zəngin mətbəxi, unikal yumor hissi olan hazırcavab insanları və şirin ləhcəsi ilə fərqlənir.

Bu baxımdan, Şəkidə təbiət gözəllikləri,qədim tarixi abidələr, özünəxas zəngin mətbəx və duzlu-məzəli yumoru ilə hazırcavab insanlar bir vəhdət təşkil edir.

Ona görə də Azərbaycanın memarlıq qoruğu adlandırılan Şəkiyə səyahət həm qədim tarixə,sənətkarlar yurduna səyahət, həm dağlar qoynunda füsünkar təbiətlə təmas şəraitində istirahət- unudulmaz səyahət, həm də zəngin mətbəxi sayəsində “dadlı səyahət” adlandırılır.

Bu baxımdan,  Şəki ilə, xüsusən də onun hikmət əhli ilə yaxından tanış olub, hazırcavablar məktəbindən keçməklə Şəkiyə valeh olmamaq mümkün deyil…

UNESKO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə şəkililəri və bütövlükdə xalqımızı təbrik edirəm,

Səkililər və bütövlükdə xalqımız üçün xeyirli olsun!

Əli MƏSİMLİ,

Millət vəkili

Etikxeber.az

Read Previous

Braziliya 9-cu dəfə Amerika kubokunu qazandı, ABŞ 4-cü dəfə dünya çempionu oldu – FOTOLAR

Read Next

Milli Məclis öz işini yekunlaşdırır – BU HƏFTƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir