UNICEF: Dünyada 535 milyon uşaq münaqişə və təbii fəlakət zonalarında yaşayır

Hazırda bütün dünya üzrə 535 milyon uşaq münaqişə və təbii fəlakət zonalarında yaşayır. Onlar lazımi qida, keyfiyyətli təhsil və tibbi yardım almaq imkanından məhrumdurlar.

Etikxeber.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) yeni hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, hazırda qlobal miqyasda hər dördüncü uşaq fövqəladə humanitar vəziyyət şəraitində yaşayır. Suriyanın 16 rayonunda yarım milyon uşaq humanitar yardım almır. Bundan başqa, Afrika regionunda 393 milyon uşaq münaqişələr və digər böhranlar şəraitində yaşayır. Yaxın Şərq və Şimali Afrika ölkələrində isə bütün uşaqların 12 faizi belə vəziyyətdə yaşamağa məhkumdur.

Münaqişələr, təbii fəlakətlər və iqlim dəyişiklikləri uşaqları qaçıb xilas olmağa, evlərini tərk etməyə məcbur edir. Onlar çox vaxt atəş altında olur, istismar və zorakılıq riskinə məruz qalırlar. Dünya miqyasında indiyə qədər 50 milyon uşaq məcburi köçkün həyatı yaşayır. Onların yarıdan çoxu belə vəziyyətə münaqişə nəticəsində düşüb. Yalnız Nigeriyanın şimalında 1,8 milyon nəfər məcburi köçkünə çevrilıb ki, onların da yarıdan coxu uşaqlardır. Əfqanıstanda zorakılıq və silahlı toqquşmalar nəticəsində bütün uşaqların təxminən yarısının ibtidai təhsil almaq imkanı yoxdur. Yəməndə isə münaqişənin nəticələri bu və ya digər dərəcədə 10 milyon uşağın həyatını korlayıb.

UNICEF beynəlxalq birliyi həmin uşaqların iztirablarına göz yummamağa çağırıb.

Etikxeber.az

Read Previous

Depozit hərracında tələb təklifi kəskin üstələdi

Read Next

Gün ərzində Ermənistan ordusunun ikinci pilotsuz uçuş aparatı məhv edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir