Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda cinayət törədən uşaqlar üçün ən yüksək cəza müddətinin 10 ildən 8 ilə endirilməsi təklif olunub.
Etikxeber.az-ın məlumatına görə, bu təklifi UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvard Milli Məclisdə “Uşaqlar üçün qanunvericilik: Milli Məclis-UNİCEFəməkdaşlığı” mövzusunda keçirilən tədbirdə verib. O qeyd edib ki, bu addım istər uşaq hüquqları, istərsə də digər nöqteyi-nəzərdən uğurlu addım olardı.
E. Karvard bildirib ki, uşaqların övladlığa götürülməsi üçün göstərilən səyləri dəstəkləmək lazımdır:
“Azərbaycanda əhali arasında orqanizmdə dəmir çatışmazlığı problemi özünü göstərir. Azərbaycanda hər 3 qadından birinin dəmir çatışmazlığı problemi var. Ona görə də həm hamilə qadınlar, həm də gənclər arasında sağlamlıqla bağlı müəyyən problemlər ortaya çıxır”.
E. Karvard uşaqların rifah səviyyəsinin yüksəldilməsi üçün UNİCEF-in gələcəkdə də Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Etikxeber.az