Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda universitetlərin nəzdində 2 illik sub-bakalavr pilləsi (kolleclər) yaradılması nəzərdə tutulur.
Etikxeber.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.
Qeyd olunub ki, bu addım gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsini artıra bilər. Bunun üçün ilk peşə və orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılacaq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialının qiymətləndirilməsi aparılacaq. Peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması planına əsasən, peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması təşviq olunacaq. Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi və onların bilik və bacarıqlarının artırılması, yeni müəllim heyətinin peşə təhsili və təlimi prosesinə cəlb edilməsi ilə bağlı tədbirlər dəstəklənəcək. Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin potensialı və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ixtisaslarının artırılması, prioritet ixtisaslar üzrə yüksək peşəkarlığa malik istehsalat təlimi ustalarının və pedaqoji heyətin cəlb olunması üçün zəruri tədbirlər həyata keçiriləcək. Həm işə götürənlər, həm də onların tədris prosesinə cəlb ediləcək mütəxəssisləri üçün müvafiq həvəsləndirici və stimullaşdırıcı tədbirlər müəyyən ediləcək.
Formal (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan) təhsillə yanaşı, informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) üsullarla əldə edilmiş səriştələrin tanınması metodikası hazırlanacaq. Əmək bazarının keyfiyyət tələblərini – bilik və bacarıqlara olan tələbləri müəyyənləşdirmək üçün müəssisələrin nümayəndələri və sosial tərəfdaşlar ilə birlikdə prioritet sahələr üzrə peşə standartlarının hazırlanması dəstəklənəcək.
Etikxeber.az