“UNUDULMAMALI ADLARDAN BİRİ…” – Deputat yazır

Böyük Qüdsinin, Azərbaycana “Gülistan-i İrəm” və sanbalı o cür ağır daha neçə qiymətli yadigarlar qoymuş Abbasqulu ağa Bakıxanov hələ ölməyib.

Mənən onun sağ olduğunu, təbii ki, bu müstəsna şəxsiyyətin irsinə az-çox bələd olan hər kəs təsdiqləyər. Mənsə Abbasqulu ağa Bakıxanovun elə cismən də sağ olmasına, bizimlə eyni günlərin içərisində varlığına ona görə inanıram ki, dəyərli bəstəkarımız, xalq artlsti Tofiq Bakıxanov sağ-salamatdır, yaşayır, yaradır və gündəlik çalışmalarında, davam edən mübarizələrində, istəklərində mütləq Qüdsi də var.

Doğmaca balası kimi ulu babasının – Abbasqulu ağanın təəssübünü çəkir, onunla bağlı qapıları döyür, məktublar yazır, bütün istiqamətlərdə bütün haqlarının tam yer almasına çalışır.

Kimin ki, bu cür canyandıranları, həssas, təmənnasız məhəbbətlə sevənləri, adının, şərəfinin üstündə əsənləri var, mənə görə, həmin adam yüzillər öncə torpağa tarşırılmışsa da, heç yerə çıxıb getməyib, elə yenə sıralarımızdadır.
Hətta məzarın da ölüsü, dirisi, yaşayanı, həyatını başa vurmuşu var.

bakixanov

Tofiq-Bakixanov_2015012710

Üstünə gedilməyən məzar da, o məzarda uyuyan da lap ayda-ildə bircə dəfə də olsa onu yad edən, ziyarətinə gələnlər olduqca yaşayır.

87 yaşının içərisində, maşallah yenə gümrah, həyat eşqi ilə dolu Tofiq Bakıxanov bütün tarixdə qalası Bakıxanovların layiqli varisi kimi onların hər birinin adını, izini, xatirəsini yaşatmaqçün onu tanıdığım bütün illərdə olduğu kimi bu gün də usanmır.

Rafael HÜSEYNOV,

Akademik

Etikxeber.az

Read Previous

Mənzildə 70 yaşlı kişinin meyiti tapıldı…

Read Next

“Gənc nəslin fəal vətəndaş kimi formalaşması üçün…” – ƏLİ HƏSƏNOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir