“Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir…” – DEPUTAT TƏLƏBƏ QIZLARA, GƏNCLƏRƏ ÇAĞIRIŞ ETDİ

Millət vəkili Qənirə Paşayeva ali məktəblərə qız tələbələrin daxil olmasını və onların sayının artmasını çox müsbət və vacib məqam hesab edir.

Etikxeber.az xəbər  verir ki, millət vəkili deputat seçildiyi Tovuz rayonunun da bu məsələdə istisna təşkil etmədiyini, öndə getdiyini söyləyib.

“Ümumiyyətlə, məni çox sevindirdi ki, Tovuz rayonu kəndlərindən ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, tam əksinə daha çoxdur. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir”-deyən Q. Paşayeva, ümumiyyətlə, tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi-əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğulayıb.

“Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var”.

14

Millət vəkili torpaqlarımızın 20 faizinin işğalçı Ermənistanın işğalı altında olduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkib.

Q. Paşayeva gəncləri, o cümlədən, tələbə qızları virtual məkanda ölkəmizin təbliğində daha fəal olmağa çağırıb.

O, deyib ki Azərbaycan əleyhinə virtual məkanda təbliğat aparan Ermənistan, erməni diasporu və lobbisinə qarşı, onların yalanlarına qarşı gənclərimiz, tələbələrimiz daha fəal mübarizə aparmalıdırlar.

Etikxeber.az

Read Previous

962 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək – BAKIDA

Read Next

“İqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir…” – PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir