“Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda nəzərdə tutulan dəyişikliklər çox mütərəqqi, humanist məqamları əhatə edir”-JALƏ ƏLİYEVA

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çox əhəmiyyətli mövzular müzakirə olundu. Ölkə Prezidenti cənab İlham Əliyevin imzasıyla parlamentə daxil olan və müzakirəmizə təqdim edilən “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda nəzərdə tutulan əlavə və dəyişikliklər çox mütərəqqi, humanist məqamları əhatə edir.

Etikxeber.az-ın xəbərinə görə, bunu adıçəkilən komitənin üzvü, professor Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, belə ki, təqdim edilən qanun layihəsində 15 maddəyə 11 dəyişiklik təklif olunur.

“Dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, ünvanlı sosial yardım alanların dövlət proqramına əlçatanlığı daha da genişlənsin. Digər düzəliş ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması ilə bağlıdır. Dəyişikliyə əsasən 2 illik müddət artıq bir ilə endirilir. Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək. Eyni zamanda, qanun layihəsinə əsasən, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünüməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünüməşğulluğa yönləndirilməsi proqnozlaşdırılır. Ona görə bu dəyişikliklər çox önəmli dəyişikliklərdir və dəyişikliklər layihəsi də bütün komitə üzvləri tərəfindən razılıqla qarşılanaraq, dəstəklənərək plenar iclasa tövsiyə edildi”-deyə, J. Əliyeva bildirib.

Etikxeber.az

Read Previous

Azərbaycanda koronavirus aşkarlanmış 33 məhkum karantinə-YERLƏŞDİRİLDİ – RƏSMİ

Read Next

2009-cu il-Emin Milli və Adnan Hacızadənin həbsi…Gültəkin xanımın zəngi…Mehdiyev-Hacıbəyli münaqişəsi…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir