Ünvanlı sosial yardım, “ehtiyac zənbili”, təhsil kreditləri, qızların ödənişsiz təhsili… – DEPUTAT PAYIZ SESSİYASINDA BU TƏKLİFLƏRLƏ ÇIXIŞ EDƏCƏK

Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev ölkədə sosial islahlatların sürətləndirilməsi, Azərbaycanın sosial rifah ölkəsinə çevrilməsi ilə bağlı təkliflərini səsləndirib.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədrinin müavini ölkədə həyata keçirilən ünvanlı sosial yardımın təkmilləşdirilməsini, yaşayış minimumunun, ehtiyac meyarı həddinin “ehtiyac zəbili”nə uyğunlaşdırımasını təklif edib.

Eyni zamanda, təklif edib ki, ölkədə pensiyalar, əmək haqları, təqaüdlər, sosial müavinətlər yenidən qaldırılsın.

musa-quliyev

“Bununla yanaşı, təhsil kreditləri,  tələbə qızların, xüsusilə, atasız qızların ödənişili təhsildən azad edilməsi məsələsi öz həllini tapmalıdır. Bir neçə gündən sonra parlamentin payız sessiyası, bir müddət sonra isə 2020-ci ilin  büdcə müzakirələri başlayır.

Bu təklifləri orada da səsləndirəcəyəm. Hesab edirəm ki, bu məsələlər öz həllini tapacaq və Azərbaycan xalqı öz firavan həyatına qovuşmuş olacaq”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

Etikxeber.az 

Read Previous

Nazir prezidentlə təhlükəsizlik məsələlərindən danışdı, xorvat həmkarını Azərbaycana dəvət etdi – YENİLƏNİB

Read Next

Pakistanda dəhşətli zəlzələ – ÖLƏNLƏRİN SAYI 38-Ə ÇATDI, 646 NƏFƏR XƏSARƏT ALDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir