Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bütün dünyada olduğu kimi, Azərbaycanda, o cümlədən Mərkəzi Klinik Xəstəxanada ürək əməliyyatları 1 faiz risklə icra olunur.
Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev deyib ki, bu əməliyyatlardan sonra müəyyən ağırlaşma faizləri yaranır. Onun sözlərinə görə, ötən ilin statistikasına əsaslanaraq demək olar ki, Azərbaycandakı göstərici dünya rəqəmləri ilə eynilik təşkil edir.
K.Musayev vurğulayıb ki, ürək-damar xəstəlikləri dünyada, eləcə də Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında öndə gəlir: “Azərbaycanda yeni doğulanlar arasında ürək qüsurları ilə bağlı statistikada artım yoxdur və mövcud tendensiya dünya göstəriciləri ilə eynidir. Lakin bu gün bir çox mərkəzlərdə yeni doğulmuşların kardioloji müayinə və müalicəsində, həm də ən ciddi əməliyyatlarda irəliləyişlər əldə olunur. Ürək-damar xəstəlikləri kişilər arasında daha çox rast gəlinir. Ancaq qadınlarda müəyyən yaş dövründən sonra kişilərlə müqayisədə aradakı fərq ortadan qalxır”.
Baş həkim qeyd edib ki, son 15 ildə Mərkəzi Klinik Xəstəxanada ürəklə bağlı 11 mindən çox əməliyyat icra olunub: “Əməliyyatların əksəriyyəti koronar-şuntlama əməliyyatıdır. Bu isə ürək əməliyyatının təxminən 60 faizini əhatə edir. Bu zamana kimi əməliyyat edilən ən cavan xəstəmizin 28, ən yaşlı xəstənin isə 90 yaşı olub”.
Etikxeber.az