Hacıqabuldakı futbol meydançası ilə bağlı problem aradan qaldılır…- “AZƏRİŞIQ”-DAN DƏRHAL REAKSİYA GƏLDİ – YENİLƏNİB

Ölkədə idmana, eləcə də, nəticəsindən, mövcud durumundan… asılı olmayaraq, futbola böyük qayğı və diqqət göstərildiyi heç kimə sirr deyil…

Xüsusilə, dövlət başçısı, ölkə Prezidenti və Birinci vitse-prezident səviyyəsində idmana, onun inkişafına, idmançılara xüsusi-həssas münasibət, qayğı və diqqət ortada, göz qabağındadır…

Necə deyərlər, görünən dağa bələdçi nə lazım?!

Amma və lakin…

Çox təəssüflər olsun ki, hələ də öz işini bilməyən, öz məsuliyyətini dərk etməyən yarıtmaz məmurların biganəliyi, etinasızlığı üzündən görülən işlərin üzərinə kölgə salınmaqda, xələl gətirilməkdə, növbəti və əlavə gərginliklər, problemlər yaradılmaqdadır…

Özü “balaca” olsa belə, problemləri özündən qat-qat çox və necə deyərlər, başından asan Hacıqabul rayonunda da işini, vəzifəsini sonacan dərk etməyən, insanlara problemlər yaradan, o cümlədən, idmanın, uşaq futbolunun inkişafına göz görə-görə mane olmağa çalışan məmurlar, yetkililər var…

Belə ki,Hacıqabul rayon Mərkəzi Xəstəxanasının düz qənşərində, İsmət Qayıbov küçəsində şəxsi mülkiyyətdə olan idman zalına, futbol meydançasına münasibət deyilənlərin əyani sübutu və təsdiqidir…

Qeyd edək ki, həmin futbol meydançasında rayon gənclərinin, yeniyetmələrin, xüsusilə, uşaqların futbolla məşğul olması üçün hər cür şərait yaradılıb… Və haradasa 200-250-yə yaxın uşaq, yeniyetmə həmin futbol meydançasından istifadə edir, futbolla məşğul olur…Heç şübhəsiz ki, gələcəyin parlaq idmançıları, futbolçuları da məhz belə yerlərdən, belələrinin arasından çıxır və sonucda da həm rayonunu, həm ölkəsini layiqincə təmsil edir…

Amma qeyd etdiyimiz kimi, bəzim məmurların yarıtmaz fəaliyyəti nəticəsində bunun əksinin yaşandığını görürük, bütün gözəl əməllərin, xoş arzu və niyyətlərin üstündən, üzərindən çalın-çarpaz xətt çəkilir…

Təqdim etdiyimiz fotolardan da görünür ki, həmin meydançının və xüsusi mülkiyyətdə olan ərazinin üzərindən, düz yanından qanunsuz elektrik xətti keçir…

Rayon İşıq İdarəsi heç bir əsas omadan oradan iki-üç fərdi sahibkara qanunsuz elektrik, işıq xətti çəkib…

Həm qanunsuzluq, həm başqasının hüquqlarına, xüsusilə, mülkiyyət hüquqlarına hörmətsizlik, həm də göz görə-görə, insanların taleyi ilə oynamaq, onların həyatını risqə atmaq…

Dəfələrlə elektrik xətti, işıq dirəkləri küləyin, yağışın…təsirlərinə, tab gətirməyərək, dözməyərək qırılıb və həmin əraziyə düşüb…Və bunun nə demək olduğunu anlamaq və ya anlatmaq da yəqin ki, çox çətin deyil…

Üstəlik, bu azmış kimi, oradan, həmin futbol meydançasının üzərindən, yaxınlığından telefon xətti çəkilib ki, bunun özü də potensial təhlükə mənbəyidir…

Belə ki, əvvəla, elektrik xətti, işıq dirəyi ilə telefon xəttinin paralel, az qala bir-birinin belində getməsi, çəkilməsi özü qəbuledilməz,yolverilməz və qanunsuzluqdur… İkincisi, şəxs mülkiyyət sahibinin hüquqlarının, xüsusilə, mükliyyət toxunulmazlığı hüququnun tapdalanmasıdır…Üçüncüsü, yuxarıda da qeyd etdiyimiz kimi, oradan istifadə edənlərin, uşaqların həyatını böyük təhlükə, risq altına atmaq deməkdir…İndi vəziyyətin vahimliyini təsəvvür edirsinizmi, etməmək mümkünmü?

Yenə də bir anlıq təsəvvür edin, edək ki, elekrtik xətti qırılıb telefon xəttinin və ya əksinə, telefon xətti qırılıb elekrik xəttinin üstünə düşür…, bu zaman nəyin, nələrin baş verəcəyini, hansı təhlükənin, təhlükələrin, hansı faciənin, faciələrin yaşanacağını dərk etmək…bu qədərmi çətindir???!!!…

Hansı ki, bunabənzər, oxşar hallar bir neçə dəfə yaşanıb və sırf təsadüf nəticəsində, xoşbəxtlikdən də heç kimə heç nə olmayıb…Amma gələcəkdə də olmayacağına təminat varmı, kimsə buna təminat verirmi?

Ən əsası, nə vaxta qədər bu qanunsuzluq, şəxsi mülkiyyət sahibinin mülkiyyət toxunulmazlığı hüququ yerli İşıq İdarəsi, xüsusilə, Telekommunikasiya Qoşağı tərəfindən pozulmaqda, tapdalanmaqda davam edəcək? Nə vaxta qədər edilən şikayətlərə, müracilətlərə sayğısızlıq göstəriləcək? Nə vaxta qədər???!!!…

Odur ki, çox da uzaq olmayan bir zamanda həm Rabitə, Nəqliyyat və Yüksək Texnologioylar Nazirliyinin, həm də “Azərişıq”ın bu məsələyə həssaslıqla yanaşacağına, problemi araşdıracağına və aradan qaldıracağına, vəzifə səhlənkarlığına, məsuliyyətsizliyinə yol verənlərə gərəkən və haqq etdikləri münasibəti göstərəcəyinə ümidliyik…

Ümid edir və inanmaq istəyir ki, növbəti “ötür-ötür” oyunu yaşanmayacaq, həm şəxsi mülkiyyət sahibinin pozulmuş hüquqları bərpa ediləcək, həm də gələcəyimiz olan uşaqların, yeniyetmələrin idmanla, futbolla təhlükəsiz şəkildə məşğul olmalarına imkan yaradılcaq…

Ümid, ümid, yenə də ümid!

Ümidləriniz, ümidlərimiz tükənməsin!

10:03

***

Adıçəkilən yazının, problemin saytda işıqlandırılmasından, getməsindən sonra “Azərişıq”-dan dərhal reaksiya gəlidi.

Problemin artıq araşdırıldığı və yerli regional qurum tərəfindən cəmi bir-iki gün ərzində həllini tapacağı qeyd edildi.

“Artıq tapşırıq, göstəriş verilib, problem bu gün-sabaha tezliklə həll olunacaq, yoluna qoyulacaq”-deyə, qurumdan sonra bildirildi.

Yazıya, problemə dərhal və operativ reaksiyalarına görə, “Azərişıq”-a, qurumun rəhbərliyinə Hacıqabul sakinləri, şəxsi mülkiyyət sahibi adından və öz adımızdan minnətdarlığımızı bildiririk. Var olsunlar!

Etikxeber.az

Read Previous

Azərbaycanda ikinci çərşənbə – Od çərşənbəsi qeyd olunur-BU GÜN

Read Next

YAP qurultaya gedir…-BÖYÜK DƏYİŞİKLİKLƏRİN, YENİLƏNMƏLƏRİN OLACAĞI, “KÖHNƏLƏR”İN ÇOXU İLƏ VİDALAŞILACAĞI GÖZLƏNİLİR , BƏZİ YAP-ÇI DEPUTATLARA DƏVƏT GƏLMƏYİB, TANINMIŞ BİTƏRƏFLƏRDƏN DƏ YAP-A KEÇƏNLƏR, RƏHBƏRLİYƏ GƏTİRİLƏNLƏR OLA BİLƏR… – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir