“Uşaq Məcəlləsi” ilə bağlı ilkin hazırlıq prosesi aparılır” – KOMİTƏ SƏDRİ

Ölkə başçısının sərəncamları ilə təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxiş İnkişaf Konsepsiyası” və “2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri”ndən irəli gələrək ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi, uşaqların hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır.

Etikxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclasında sədr Hicran Hüseynova deyib

“Azərbaycan Ailəsi Strategiyası”nın hazırlanması artıq yekunlaşmaq üzrədir. “Uşaq Strategiyası” rəy üçün Nazirlər Kabinetinə təqdim olunub. “Uşaq Məcəlləsi” ilə bağlı ilkin hazırlıq prosesi aparılır” – deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

MN cəbhədə baş vermiş toqquşma barədə məlumat yaydı…

Read Next

“Proses davamlı olub və heç bir mərhələdə dayanmayıb…” – MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir