Uşaq meydançasının yaxınlığında kütləvi atışma zamanı 7 nəfər yaralandı…

Çikaqo şəhərinin qərb hissəsində yerləşən Duqlas parkındakı uşaq meydançasının yaxınlığında bazar günü baş verən kütləvi atışma zamanı 7 nəfər yaralanıb.

Etikxeber.az bu barədə Amerika KİV-lərinə istinadla xəbər verir.

Hadisənin şahidləri polisə atışmanın gecə saatlarında baş verməsi, qara rəngli “Camaro” markalı avtomobilin parka yaxınlaşması və onun sürücüsünün parka ziyarətə gələnlərə atəş açması barədə danışıblar.

Polisin məlumatına görə qasıqdan yaralanan 21 yaşlı oğlan Sinay xəstəxanasına çatdırılıb. Əlindən və ayağından yaralanan 25 yaşlı qız və müxtəlif dərəcəli xəsarət alan digər yaralılar da xəstəxanaya aparılıb.

Polisin bildirdiyinə görə, atışma ilə bağlı hələlik heç kim həbs edilməyib.

Hüquq-mühafizə orqanları son 36 saat ərzində El-Paso və Deytonda iki kütləvi atışma ilə bağlı yüksək hazırlıq vəziyyətindədir.

Etikxeber.az

Read Previous

“Sədərək”də anbar 900 kvadratmetr sahədə yanıb” – FHN – FOTO

Read Next

Toy karvanında avtomobil qəzaya uğradı – 1 NƏFƏR ÖLDÜ, 3 NƏFƏR YARALANDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir