“Uşaq pulu” məsələsinə daha bir deputatdan dəstək gəldi: “REALLAŞA BİLƏR”

Uşaqlar üçün verilən müavinətin bərpası məsələsi mətbuatda son günlər çox müzakirə olunur. Əgər ölkə başçısının imzası ilə belə bir qanun layihəsi Milli Məclisə daxil olarsa, təbii ki, dəstəkləyəcəyəm.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, bu gün uşaqlar üçün verilən müavinətin bərpası üçün dövlətin kifayət qədər imkanları var.

azerrrrr

“İlin əvvəlindən başlayaraq ölkə başçısının sərəncamları ilə iki sosial paket icra olunur. Bu sosial paketlərin təsiri altına 4,2 milyon nəfər düşür və bu, dövlət büdcəsinə 3 milyard manat maliyyə yükü yaradır. Təbii ki, belə böyük sosial proqramların icrası iqtisadi imkanlarımızın genişlənməsi ilə və dövlət başçısının apardığı siyasətin təməlində vətəndaşın rifahının dayanması ilə əlaqədardır. Düşünürəm ki, bu məsələ də hökumət tərəfindən araşdırılır.

Heç şübhəsiz ki, uşaq pulunun bərpası məsələsi mümkündür. Bu məsələdə də müxtəlif variantlar səsləndirilir, təklif edilir. Bir qisim uşaq pulunun 0-3 yaşlılara, bir qisim isə 3 yaşdan yuxarılara, təxminən 6 yaşı və ondan bir az yuxarı olanlara qədər şamil olunmasını məqbul sayır. Hər iki variant da maraqlıdır, düşündürücüdür, müzakirələr nəticəsində onlardan biri-daha məqbul, daha real olanı seçilə bilər. Əsas odur ki, burada istək, iradə var. Həm parlamentin, həm də dövlət başçısının bu məsələdə iradəsi ortadadır. İradə olan yerdə də hər hansı bir məsələnin reallaşması çətin və mümkünsüz deyil, sadəcə, zamana ehtiyacı var. Bu məsələnin də reallığa çevrilməsi istisna deyil.

Bütövlükdə ölkəmizin iqtisadi gücü artdıqca sosial ehtiyacı olan cəmiyyətin hər bir üzvünün sosial rifahı da təmin olunacaq. Milii Məclisin payız sessiyası başlanmaq ərəfəsindədir. Hələ ki Milli Məclisin payız sessiyasında gündəliyə təqdim olunacaq məsələlər haqqında məlumat verilməyib. Amma hər şey ola bilər”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Kim özünə rəva bilsə, Əlikramla da, Saakyanla da dostluq edə bilər…” – ARİF HACILI 24 SAAT VAXT VERDİ

Read Next

Avro-2020: Uels – Azərbaycan – 2:1 – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir