Uşaqlar valideynlərin təqsiri üzündən kökəlir?!

Avstraliyanın Klinik Mərkəzində çalışan tədqiqatçıların fikrincə, uşaqlar valideynlərin təqsiri üzündən kökəlirlər. Həkimlər kompleks müşahidələr nəticəsində maraqlı qanunauyğunluq aşkar ediblər.

Etikxeber.az “healthvesti.com” saytına istinadla xəbər verir ki, müşahidələrin nəticələri “Psychological Science” jurnalında dərc olunub.

Tədqiqatçılar müşahidə ediblər ki, valideynlərin tosqun hesab etdiyi uşaqlar öz çəkilərinə tənqidi yanaşırlar. Gələcəkdə bu oğlan və qızlarda piylənmənin yüksək ehtimalı var. Eksperimentə Avstraliyadan 2823 ailə cəlb edilib.

Həkimlər bildiriblər ki, ana və atalar öz sözlərində daha nəzakətli və təmkinli olmalıdırlar.

Etikxeber.az

Read Previous

Əliyev “VPS Healthcare” şirkətinin icraçı direktoru və Lüksemburqun baş naziri ilə görüşdü – FOTOLAR

Read Next

Qafqaz Universiteti ləğv olunduğunu elan etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir