“Uşaqlarla bağlı ssenarilərin yazılmasına, filmlərin çəkilməsinə ehtiyac var” – JALƏ ƏLİYEVA

2019-cu il hər birimizin həyatımıza, dövlətimizin, xalqımızın həyatına inkişafın, yüksəlişin növbəti mərhələsi kimi daxil oldu, sirayət etdi. Xüsusilə də, sosial sahədə atılan addımlar, islahatlar hər bir kəsin həyatında öz müsbət rolunu oynadı. Hər birimiz də bu siyasətin, bu islahatlar prosesinin, bunları təmin edən ölkə prezidentinin, Azərbaycan dövlətinin yanındayıq. Hər birimiz də bu işlərə, bu siyasətə, bu islahatlar prosesinə dəstəyimizi veririk və verməliyik.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət  komitəsinin bugünkü iclasında adıçəkilən komitənin sədr müavini, professor Jalə Əliyeva deyib.

J. Əliyeva sonra çıxışı zamanı uşaqlarla maraqlı və vacib bir məqama toxunub:

jalllaaa

“Mən hər zaman ətrafımda olan kiçik yaşlı uşaqların filmlərə çəkilməsini istəmişəm və buna çalışmışam. Bu gün də bunları vacib sayıram. Amma çox təəssüflər olsun ki,  son illər bizdə uşaqlar üçün ssenarilər yazılmır, filmlər yoxdur. Ona görə hesab edirəm ki, bu məsələyə diqqət artırılmalı, önəm verilməlidir. Uşaqlarla bağlı gözəl, dəyərli ssenarilərin yazılması, filmlərin çəkilməsi lazımdır, vacibdir”.

Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov da millət vəkiliinin təklifini dəstəkləyib:

“Azərbaycanda bir sıra məqamlarla, sahələrlə bağlı filmlərin çəkilməsinə, ssenarilərin yazılmasına ehtiyac var. Amma mən də belə hesab edirəm ki, uşaqlarla bağlı filmlər, ssenarilər daha vacibdir, onlara böyük ehtiyac duyulur…”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mədəniyyət komitəsinin ilk iclası – HANSI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNACAQ? – YENİLƏNİB

Read Next

“Başqa sahələrdə nəzərdə tutulan imtiyazların… ” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir