“Uşaqpulu”na ehtiyac varmı? – SABİQ DEPUTATIN BAXIŞI

 Bildiyiniz kimi, Milli Şura uzun müddətdir uşaqpullarının verilməsini və 18 yaşınadək hər uşağa görə minimum əməkhaqqı səviyyəsində- 180 manat (artıq 250 manat) uşaqpulu verilməsini özünün başlıca tələblərindən biri olaraq yanvar ayından etibarən ardıcıl şəkildə səsləndirir.

Mən uşaqpulu mövzusunda dəfələrlə Osmanqızı TV və TURAN TV-də çıxışlar edib uşaqpulunun bərpasının zəruriliyini əsaslandırmışam.

Uzun müddət hakimiyyət təmsilçiləri, millət vəkilləri “verəcəyik, düşünürük” deyə, baş aldatdılar.

Və nəhayət, dünən YAP sədrinin və baş nazirin müavini Əli Əhmədov hökumət adından rəsmən bəyan etdi ki, uşaqpulu verməyə ehtiyac yoxdur, bu, ailələri ələbaxımlılığa öyrəşdirir, hər ailə öz problemini özü həll etməlidir.

Başqa bir YAP funksioneri Siyavuş Novruzov bildirib ki, uşaqpulu uşaqlar doğulmayan, yəni demoqrafik vəziyyəti pisləşən ölkələrdə verilir, Azərbaycanda artım var və uşaqpuluna ehtiyac yoxdur.

gultekinn

Biz bu arqumentləri əsassız hesab edirik.

Çünki, 1) Azərbaycanda əhalinin artımı azalır və torpaqlarını azad etməli olan ölkə üçün bu çox mənfi tendensiyadır; 2) Azərbaycanda sosial durum acınacaqlıdır, əmək qabiliyyətli 4,5 milyon insanın yalnız 1,6 milyonu, yəni 34 faizi daimi işləyir;

3) Azərbaycanda maaşlar, pensiyalar uşaqpulu verən Rusiyadan, Belarusdan, Qazaxıstandan, Gürcüstandan, hətta Ermənistandan çox aşağıdır;

4) yuxarıda sadaladığım ölkələrdən fərqli olaraq ölkəmizdə tibbi sığorta yoxdur və uşaqlar keyfiyyətli səhiyyə xidmətindən də məhrumdurlar.

Bunları nəzərə alaraq hökumətdən uşaqpulunun verilməsini israrla tələb edirik.

Gültəkin HACIBƏYLİ,

Sabiq deputat

Etikxeber.az

Read Previous

Zelenski ilə Putin arasında telefon söhbəti – “NORMANDİYA FORMATI”NDA BİR ARAYA GƏLƏCƏKLƏR

Read Next

ƏMƏLİYYAT BAŞLADI: AMERİKA MƏMNUN, TÜRKİYƏ ŞÜBHƏLİDİR! – Politoloq yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir