USTADIN QAYIDIŞI və ya millət vəkili Kəmaləddin Heydərova nədən “sağ olsun” dedi?

“…Sağ olsun bütün dövlət məsuliyyətlərindən savayı həm də özü mədəniyyət adamı, amma daha artıq milli-mənəvi sərvətlərimizin təəssübkeşi, qayğıkeşi olan Kəmaləddin Heydərov!”

O, təcrübəli,müdrik adam idi və təbii ki, yaxşı bilirdi yaranan bir gün gedəcək. Amma ağıllı insan olaraq bundan da agah idi ki, başqa öləri, gedəri məxluqdan fərqli olaraq biryolluq getməməyin, daim elə insanlar arasında, yaddaşda, dildə-dodaqda qalmağın yolları da var və həmin möcüzəli yolların ən qısası isə iz qoymaq, irs yaratmaqdır.

İtib-batmaq üçün yaranmamışam: 
Dünənəm! 
Bu günəm! 
Gələcəyəm mən! 
Bir gün bu dünyadan getsəm də, nə qəm, 
Dünyaya təzədən gələcəyəm mən!

xalil rza

Belə əminliklə ona görə yaza bilirdi ki, təzədən qayıtmaq üçün təməllər yaratmaqla hər gün məşğul idi. Şeirləri ilə, tərcümələri ilə, elmi araşdırmaları ilə, çıxışları ilə və bir də gündəlikləriylə!
Xəlil Rza cavan köçüb dünyadan. O cür istedadla, hər an yeni bəhrəylə dolu bir qüdrətli qələm sahibi üçün 62 il nədir ki! Hələ nə qədər yazıb-yarada, ictimai düşüncəmizə, ədəbi-mədəni həyatımıza yeni ahəng verə bilərdi! Heyflər ki, belə erkən itirdik onu. Lakin indi Xəlil Rzadan yadigar qalan ədəbi-elmi mirası araşdıranda görürsən ki, bu həcm, bu siqlət, bu zənginlik və rəngarənglik ki, onun bizlərə ərməğan etdiyi sərvətdə var, bir deyil, bir neçə ömrə sığacaq qədərdir.
Yaratdığı əsərləri bir qırağa qoysaq belə, elə bircə Xəlil Rzanın gündəlikləri nəyə desən dəyər.
Əvvələn, bu ziyalı gerçəkliyimizdə örnəyi olmayan bir hadisədir.
Xəlil Rza 1960-cı illərin əvvəllərindən yazmağa başladığı və 30 il boyunca səbrlə, səliqə ilə, sonsuz sevgiylə davam etdrirdiyi gündəliklərində iri bir dövrün içəridən müşahidə olunan dəqiq mənzərəsini canlandırıb. Həm də bu sadəcə rəqəmlər, hadisələr və müxtəlif görüşlərin quruca təsvirindən ibarət ənənəvi salnamə deyil, bir təsirli film kimi canlı, hisslərlə, düşüncələrlə, həyəcanlarla dolu, Azərbaycanın aydınlar mühiti və ictimai-siyasi gerçəkliyimizin aynası sayıla biləcək mühüm tarixi-bədii sənəddir.
Bur zamanlar məclislərdə başqaları arxayınca yeyib-içəndə, dincələndə qoltuğuindan dəftəri, əlindən qələmi əskik olmayan Xəlil Rza məclis boyu hər kəsin ağzından çıxan sözləri bir stenoqrafist (rəhmətlik Rəsul Rza bu əcnəbi kəlməni dilimizdə “tezyazar” kimi verirdi) dəqiqliyi ilə kağıza köçürüdü.
Buna qəribə baxan, irad tutan, hətta rişxənd edən də vardı.
İllərcə kimsəyə görünməmiş o məhrəm dəftərlər indi Azərbaycan insanı ilə görüşə hazırlaşır.

kamaleddin-2

Sağ olsun bütün dövlət məsuliyyətlərindən savayı həm də özü mədəniyyət adamı, amma daha artıq milli-mənəvi sərvətlərimizin təəssübkeşi, qayğıkeşi olan Kəmaləddin Heydərov!

Onun həmin Xəlil Rza gündəliklərinin çapa hazırlanması və nəşrinə həssas münasibəti Azərbaycana lap yaxın zamanlarda qiymətli sərvət qazandıracaq.

Xəlil Rzanın gündəlikləri, bu qeyri-adi ədəbi-mədəni salnamə 10 cilddə işıq üzü görəcək.
Bu, böyük vətəndaşın və şairin millətinə və yurduna yeni və möhtəşəm bir qayıdışı olacaq!

Rafael HÜSEYNOV,

Millət vəkili, akademik

Etikxeber.az

Read Previous

ATƏT-də Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı məsələ qaldırıldı

Read Next

“Sanksiya büdcəsi”… QUBAD İBADOĞLU – BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir