Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkə prezidenti İlham Əliyev bu gün bir neçə sərəncam imzalayıb.
Etikxeber.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubov vəzifəsindən kənarlaşdırılıb.
25 il bu vəzifəni daşıyan Usubovun yerinə prezidentin Sərəncamı ilə onun birinci müavini, general Vilayət Eyvazov təyin edilib.
V. Eyvazovun yerinə hələlik təyinat olmayıb.
R.Usubov isə Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub
Həmçinin, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyev vəzifəsindən uzaqlaşdılıb.
Onun yerinə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) tanınmış rəsmilərindən olan, son təyinata kimi Respublika Prokurorluğunda işləyən Əli Nağıyev təyin edilib.
Hələlik onun da yerinə təyinat yoxdur.
M. Quliyev isə müdafiə sənayesi naziri təyin olunub.
Qeyd edək ki, həmin post neçə müddət idi ki, boşuydu.
Keçmiş nazir Yavər Camalov dünyasını dəyişməsindən sonra onun yeri boş qalmışdı.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az