Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün 9 fevralda ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərində iştirak edəcək Yeni Azərbaycan Partiyasının (YAP) vahid siyahısı üzrə 21-ci Nəsimi Seçki Dairəsində namizədliyim qeydə alındı.
Etikxeber.az xəbər verir ki, bunu 5-ci dəfə seçkilərə qatılan millət vəkili, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.
“Bir daha hakim partiyanın namizədlərini və şəxsən mənim namizədliyimi dəstəkləyən hər bir vətəndaşımıza öz adımdan və YAP Nəsimi rayon təşkilatı adından təşəkkür edirəm. Partiyamızın çox qiymətli üzvləri olan imza toplayanlara və imzaları ilə bizi dəstəkləyənlərə, zəhməti çəkən hər bir üzvümüzə və rayon sakinlərinə minnətdarlıq edirəm.
Üzərimizdə partiyamızın Sədrinin və partiya rəhbərliyinin eləcə də partiyamızı dəstəkləyən hər kəsin böyük haqqı var.
Bu isə bizi daha çox məsuliyyətli edir. İnşAllah 9 fevralda demokratik, azad və şəffaf mühitdə keçiriləcək parlament seçkisi günü seçicilərimiz bir daha öz səsləri YAP-ın namizədlərini dəstəkləyəcəklər”-deyə, M. İbrahimqızı sözlərinə əlavə edib.
Qeyd edək ki, M. İbrahimqızı 2000-ci ildən, 2-ci çağırışdan bu yana parlamentin üzvüdür.
Etikxeber.az