“Üzərinə düşən, öhdəsinə götürdüyü ağır, cətin, şərəfli missiyanı layiqincə, çox uğurla yerinə yetirməkdədir…”-KAMİLƏ ƏLİYEVA YAZDI

Hər bir xalq özünün layiqli övladları, yetişdirmələri ilə tanınır, dünyaya çıxır, uğur qazanır.

Bu baxımdan, xalqımızı, millətimizi bəxti, şansı gətirənlərdən saymaq olar.

Çünki uzun əsrlərdən, yüz illiklərdən bu yana xalqımızın tarixində, qismətində çox böyük oğul və qızları, mütərəqqi, parlaq zəkaları, tarixi şəxsiyyətləri, ziyalıları olub.

Onlar hər biri öz fəaliyyəti ilə həm xalqımızın, həm dövlətimizin və dövlətçiliyimizin tarixinə, həm də dünya tarixinə öz möhürlərini vurub, adlarını tarixə, yaddaşlara qızıl hərflərlə həkk etdiriblər. Xalqımızın belə mütərəqqi, parlaq zəkaya malik övladlarından biri də ölkəmizin Birinci xanımı, Birinci vitse-prezidenti, sabiq deputat həmkarımız – əslində o, hər zaman millətinin vəkili olub, bu gün də mandat daşımasa belə, millətinin vəkilidir – UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.

Mehriban xanım istər zamanında həkimlik, istərsə də, son 27 ildə ictimai, siyasi, humanitar fəaliyyəti ilə digərlərindən fərqlənib, seçilib, harada olubsa, öz imzasını atıb, öz möhürünü vurub. Yaradıcısı, qurucusu, rəhbəri olduğu Heydər Əliyev Fondu son 16 ildə öz xeyirxahlıq, insanpərvərlik missiyası ilə dünyaya səs salıb, dünyada tanınıb. Bu Fondun həyata keçirdiyi, gördüyü işlərin sayı-hesabı, misli-bərabəri yoxdur, özü də nəinki Azərbaycan hüdudlarında, həmçinin, Azərbaycan hüdudlarından, sərhədlərindən kənarda.

Hamı bu Fonda, Mehriban xanıma mərhəmət, şəfqət ünvanı, rəmzi kimi baxır, yanaşır, onları özünün himayəçisi hesab edir. Budur Mehriban xanımın özəlliyi, budur Mehriban xanımın fərqliliyi, budur Mehriban xanımın müstəsnalığı. Mehriban xanım artıq 3 ildir ki, ölkənin ilk Birinci vitse-prezidenti kimi fəaliiyət göstərir və bu illər ərzində də həm ona yüksək etimad göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, həm də bütövlükdə cəmiyyətimizin, Azərbaycan vətəndaşlarının etimadını, güvənini tam mənada doğruldub və bu gün də doğrultmaqdadır.

Üzərinə düşən, öhdəsinə götürdüyü ağır, cətin, şərəfli missiyanı layiqincə, çox uğurla yerinə yetirməkdədir. Mehriban xamın daim ölkə Prezidenti ilə qoşa qanad kimi addımlayaraq, onunla birlikdə Azərbaycan naminə fəaliyyətdə böyük fədakarlıqlara, zəhmətlərə imza atmaqdadır. Bu, elə hesab edirəm ki, bütövlükdə hər birimizin uğuru, iftixar hissi və qürur mənbəyidir. Fəxr edir və qürur hissi keçiririk ki, İlham Əliyev kimi Liderimiz, Rəhbərimiz, Mehriban xanım kimi şəfqətli, mərhəmətli, rəhmli, ədalətli, xeyirxah Birinci vitse-prezidentimiz, Birinci ledimiz var.

Hər ikisinə də Azərbaycan naminə fədakar fəaliyyətlərində növbəti uğurlar, növbəti nailiyyətlər arzulayıram.

Bu gün həm də Mehriban xanım doğum günüdür. Bu əlamətdar gün münasibəti ilə də onu ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür, ictimai, siyasi fəaliyyətində, şəxsi və dövlət həyatında parlaq zəfərlər, qələbələr diləyirəm.

Bütün gözəlliklər Sizin olsun, əzizimiz, dəyərlimiz Mehriban xanım!

Kamilə ƏLİYEVA,

Millət vəkili, BDU-nun kafedra müdiri

Etikxeber.az

Read Previous

“Dünya pandemiyanın qarşısının alınması hayında, məkrli düşmən-işğalçı Ermənistan isə növbəti fitnəkarlıq, qəsb, işğal hayında…”-ZİYAD SƏMƏDZADƏ

Read Next

“Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə-VƏSİQƏ QAZANDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir