Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının beşinci günündə Azərbaycan üzgüçüsü finala yüksəlib.
Etikxeber.az xəbər verir ki, 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan atleti Roman Saley təsnifat mərhələsində ilk səkkizlikdə yer alıb.
On üç atletin qatıldığı təsnifat mərhələsində Roman Saley ikinci qrupda mübarizə aparıb. İdmançımız məsafəni 4:13,83 saniyəyə qət edərək qrupda üçüncü, ümumi nəticədə isə 4-cü olub.
Final yarışı sentyabrın 13-də keçiriləcək.
Etikxeber.az