Uzun illərdən bəri ilk dəfə oktyabrın ortalarında İlisuya qar yağdı – FOTOLAR

Qaxın dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrinə, o cümlədən İlisu kəndinə ilk qar yağıb. Kəndin yaşlı sakinlərinin bildirdiyinə görə, uzun illərdir ki, oktyabrın ortalarında İlisuya qar yağmırdı.

Etikxeber.az AZƏRTAC-a istinadən  xəbər verir ki, qarın qalınlığı bir neçə santimetr təşkil etdiyindən avtomobil yollarında nəqliyyatın hərəkətində hər hansı çətinlik yaranmayıb. Kəndin təbii qazla təchizatı da normal qaydada davam edir.

Havaların kəskin soyuması yerli sakinlərin qış hazırlıqlarını da tezləşdirib. Bu günlərdə heyvandarların da qayğıları çoxalıb. Artıq qoyun sürülərinin yaylaqlardan qışlaqlara köçü başlanıb.

qax-5qax-6

Etikxeber.az 

Read Previous

Məmmədyarov Asimlə görüşdü

Read Next

Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 23 müddətli “məcburi göstəriş” verildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir