“Uzun illər davam edən gərginlik və qarşıdurma səngidi…”-MİLLƏT VƏKİLİ YAZDI

Müasir tariximizə şərəf və qürur səhifəsi kimi daxil olmuş 15 iyun-Milli Qurtuluş Gününün 27-ci ili tamam olur. 15 iyun milli dövlətçiliyimizin, müasir müstəqillik tariximizin dönüş nöqtəsidir və xalqımız tərəfindən milli bayram kimi qeyd olunur.

27 il əvvəl Azərbaycan xalqının dahi oğlu, milli dövlətçiliyimizin memarı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın milli siyasi dirçəlişi başlanmışdır.

XX əsrin sonlarında yenidən müstəqillik kimi tarixi fürsəti və milli azadlığı əldə edən Azərbaycan təəssüf ki, həmin dövrdə AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi sayəsində müstəqilliyi itirmək təhlükəsi ilə üzləşmişdi.

1993-cü ilin iyununda mövcud olan hakimiyyət böhranı, xaos və anarxiya respublikamıza ağır sarsıdıcı zərbələr vururdu.

Vətəndaş müharibəsi həddinədək yüksəlmiş milli qarşıdurma dövlət müstəqilliyimizi, xalqımızın milli varlığını sual altına salmışdı.

Təsadüfi deyil ki, xalqımız 1991-1993-ci illəri qarışıqlıq və özbaşınalıq dövrü kimi xatırlayır.

Siyasi hadisələri düzgün qiymətləndirə bilməyən və ictimai sabitliyin tamamilə itirilməsinə səbəb olan o dövrün iqtidarı xalq arasında nüfuzunu itirmiş və dərin hökumət böhranı yaşanmışdı.

Bu çətin dövrdə xalqını darda qoymayan ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasını üzərinə götürdü və xalqın təkidli tələbi ilə Naxçıvandan Azərbaycana rəhbərliyə qayıtmağı qəbul etdi.

Heydər Əliyevin müdrik zəkası, möhtəşəm idarəetmə istedadı sayəsində Azərbaycan dövləti yox olmaq təhlükəsindən xilas edildi.

Beləliklə, uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Onun rəhbərliyi ilə demokratik Azərbaycanın inkişafını müəyyən edən mühüm siyasi-iqtisadi sənədlər, qanunlar və proqramlar qəbul olundu.

Biz bu gün əminliklə deyə bilərik ki, ötən 27 ildə Azərbaycan böyük əhatəli inkişaf yolu keçib.

Onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir və bu gün artıq dünyada nüfüzlü ölkələr sırasındadır.

Bu siyasi kurs bizi daha yeni-yeni nailiyyətlərə aparmaqdadır.

Cənab Prezidentimizin ətrafında birləşərək ölkəmiz yeni uğurlara imza atacaq.

Fatma YILDIRIM,

Millət vəkili

Etikxeber.az

Read Previous

Koronavirus infeksiyasına 387 yeni yoluxma faktı qeydə alındı-4 NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Read Next

Balaca, ani qığılcım hər şeyi alt-üst edər…Heç kim heç kimdən artıq deyil…-KAMİL HƏMZƏOĞLUNUN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir