“Üzürü günahından betər buna deyiblər…” – QƏNİRƏ PAŞAYEVA DA “OD” PÜSKÜRDÜ

“Laçın rayin İcra Hakimiyyətinin (RİH) hüquq şöbəsinin əməkdaşı dövlət məmuru olaraq etdiyinin nə qədər böyük bir yanlış olduğunu dərk edib, üzr istəməkdənsə, mətbuatdan oxuyuram ki, Azərbaycan pasportunu yandırmaqla ölkəmizi şantaj edir”.

Etikxeber.az xəbər verir ki, bunu Qənirə Paşayeva Laçın RİN hüquq şöbəsinin müdiri Füzuli Tarıverdiyevin öz “Facebook” səhifəsində separatçı təbliğatla məşğul olmasına, “Müstəqil Kürdüstan”ın  lideri Məsud Bərzanini təbliğ etməsinə, mətbuatda şantaj xarakerli fikirlər söyləməsinə və bunun cəmiyyətdə geniş rezonans doğurmasına münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, belə birinin dövlət qulluqçusu olmasına, dövlətdə hər hansı bir işdə təmsil olunmasına imkan verilməməlidir və cəzalandırılmalıdır ki, bu düşüncədə olan başqalarına da dərs olsun.

“Etnik kökənindən və dinindən asılı olmayaraq hər kəsə qarşı gözəl münasibətin olduğu bu dövlətin dəyərini bilməyənin, onun pasportunu daşımanın şərəfini anlamayanın bu dövlətə sevgisi də şübhəlidir.

Təəssüf…”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Komitə sədri: “Ötən müddətdə komitəyə 827 sənəd daxil olub ki…” – FOTO

Read Next

Əliyev Xalça Muzeyinin əməkdaşlarını təltif etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir