Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir Vətən sevdalısı Qazi balasının gözəl, şad, doğum günüdür…
Sumqayltlı İkinci Vətən Müharibəsi iştirakçısı, hər kəsin yaxından tanıdığı Qazi Həsən Yaqubovun-Həsən Fədanın iki gözəl övladından birinin, sonbeşik övladı Vəfa balanın bu gün ad günüdür…
Balaca Vəfa balanın, Vəfa Yaqubovanın bu gün, 1 iyul 2024-cü il tarixində 1 yaşı tamam olur…
Bu gözəl, əlamatdar gün münasibətilə Sumqayıt şəhərində yerləşən “Nur” şadlıq sarayında gözəl bir məclis düzənlənir…
Məclisə öncə alqış və musiqi sədaları altında valideynləri ilə birlikdə balaca Vəfa bala daxil olur…
Sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılır, əzəmətli Dövlət himnimiz səsləndirilir…
Daha sonra çıxışlar, təbriklər başlayır…
Öncə balaca Vəfanın valideynləri, doğmaları söz alır, məclis iştirakçılarına, xüsusilə, Şəhid ailələrinə, Qazilərə öz minnətdarlıq və təşəkkürlərini bildirirlər…
Çıxış edən Sumqayıtlı, Bakılı, Şirvanlı…Şəhid ailələri, Şəhid Anaları, Şəhid Ataları, Şəhid Xanımları, Vətən sevdalısı Qazilərimiz isə balaca Vəfaya uzun ömür, can sağlığı, analı-atalı böyüməyi arzulayır, Vəfanın valideynlərinə, əzizlərinə gözaydınlığı verirlər…
Çıxışlardan sonra bir-birindən gözəl manhılar, musiqilər səsləndirilir, oxunur, rəqslər ifa edilir…
Həmçinin, balacların sevimlisi olan klounlar və Panda məclisə xüsusi rəng, gözəllik qatırlar, balacaları, uşaqları sevindirirlər…
Gözəl, unudulmaz və unudulmayacaq bir gün, gözəl bir məclis yaşanır…
Sonda isə balaca Vəfanın doğum günü tortu kəslir…
Doğum günü, 1 yaşı mübarək olsun, Qazi balası Vəfa balanın!
Yüz il sağlıqlı və huzurlu, valideynlərinin adına layiq bir ömür yaşasın!
Amin!
23:15
***
FOTOLAR:


















23:45
***

















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az