“Vətəndaşının problemlərinin həll edilməsində səylərimi əsirgəməyəcəyəm” – AFƏT HƏSƏNOVA

Seçicilərinə minnətdarlıq edənlər arasında 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən seçkilərin qalibi olan Afət Əbil qızı Həsənovadır.

Etikxeber.az-ın xəbərinə görə, A. Həsənova bunları qeyd edib:

“9 fevral Milli Məclisə keçirilən seçkilərdə məni dətəklədiyiniz, səs verdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Daha Güclü Azərbaycan Naminə Sizinlə birgə şərəf və məsuliyyətlə irəlilədik. Ulu öndər Heydər Əliyev irsinə sadiqliyimiz və onun layiqli davamçısı prezident İlham Əliyevin uğurlu siyasəti yolumuzu aydınladaraq uğurlu qələbənin təminatçısı oldu. Milli Məclisdə vətənpərvər, dövlətçiliyə sadiq və zəhmətkeş Suraxanı sakinlərini iftixarla təmsil edəcəyəm. Azərbaycan Respublikasının dövlətçiliyinin, qanunvericiliyinin daha da inkişafına əlimdən gələni əsirgəməyəcəyəm. Bu məsuliyyətli yolda əsl azərbaycanlı mövqeyi nümayiş etdirərək, fəaliyyətimlə Əmircan, Bülbülə və Yeni Suraxanı qəsəbəsinin sakinlərinin timsalında hər bir Azərbaycan vətəndaşının problemlərinin həll edilməsində səylərimi əsirgəməyəcəyəm. Respublikamızda həyata keçirilən islahatlara öz tövhəmi verməklə vətənimizin çiçəklənməsi üçün əzmlə çalışacağam. Göstərmiş olduğunuz etimadı doğruldacaq, üzərimə düşən işin öhtəsindən əzm və bacarıqla gələcəyəm.Hər zaman sizin yanınızda olacaq, Yeni Azərbaycan Partiyasının əsas məqsədlərindən olan inkişfa, tərəqqiyə doğru xalqımızın daha firəvan həyata qovuşması və vətənimizin daha qüdrətli dövlətə çevrilməsi üçün, bir sözlə DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ Sizinlə birgə inam və qətiyyətlə addımlayacağam”.

Qeyd edək ki, YAP üzvü olan A. Həsənova Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavinidir.

Etikxeber.az

Read Previous

“33 saylı Dairədə seçkinin nəticəsi ləğv edilsin”-SADIXLI, İZZƏTLİ, MƏMMƏDLİ, TAĞIYEV VƏ MƏMMƏLİ BİRGƏ BƏYANAT YAYDI

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir