Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mayın 23-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olunub.
Etikxeber.az-ın MM-dən əldə etdiyi məlumata görə, komitənin sədri Əli Hüseynli bildirib ki, bu layihə cəmiyyətdən gələn təklif əsasında qısa müddətdə parlamentdə yaradılmış işçi qrup tərəfindən hazırlanıb.
Öncə iclasda 10 maddədən ibarət qanun layihəsi barədə məlumat dinlənilib və bildirilib ki, bu sənəd Azərbaycan Konstitusiyasında təsbit olunmuş müddəalara uyğun hazırlanıb, müvafiq qanunvericiliklə bağlı beynəlxalq təcrübə nəzərə alınıb.
Qanun Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və həmin sahədə yaranan münasibətləri tənzimləyir.
Sonra deputatlar Azay Quliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Elşən Musayev, komitə sədrinin müavini Məlahət İbrahimqızı, MSK-nın nümayəndəsi Rövzət Qasımov fikirlərini, təkliflərini bildiriblər.
Yekunda qanun layihəsi plenar iclasa tövsiyə olunub.
***
FƏZAİL AĞAMALI: Bu, vətəndaş cəmiyyətinin qorunması prosesində vətəndaşların rolunun artırılması yönündə ciddi bir qanun olacaq
Adıçəkilən komitənin üzvü Fəzail Ağamalı isə mətbuata açıqlamasında yeni qanun layihəsinin ölkə vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını məhdudlaşdırıcağı yönündə səslənən iddiaları təkzib edib:
“Tamamilə yanlış fikirdir, doğru deyil, qeyri-obyektiv, qərəzli yanaşmadır. Əslində təqdim edilmiş, ilkin müzakirəyə çıxarılmış qanun layihəsi vətəndaşların təkcə seçib-seçilmək hüquqlarını Azərbaycan qanunvericiliyi baxımından tənzimləməklə, şərtləndirməklə kifayətlənmir, eyni zamanda bu sənəd öz-özlüyündə imkan verir ki, vətəndaşlarımız qanuinvercilik təşəbbüsü ilə də çıxış etsin. Qanun layihəsi belə bir təşəbbüs qrupunun formalaşdırılması ilə bağlı hər hansı bir məhdudiyyət qoymadan şəraitin yaradılması üçün tam əsas verir. Onu da deyim ki, qanun layihəsinin geniş ictimai müzakirə iyunun ayının əvvəllərində keçiriləcək. Biz özümüz isə komitədə bir saatdan yuxarı müazkirələr apardıq və müzakirələrdə də hər bir millət vəkili qanun layihəsinin təkmilləşdirilməsi üçün fikirlərini söylədi.
İşçi Qrupu isə heç şübhəsiz ki, bunları da nəzərə alaraq, bitkin bir qanun layihəsini ictimai müzakirələrə təqdim edəcək. Ümidvaram ki, ictimai müzakirələrə seçki proseslərində bu və ya digər şəkildə yeri olan, rol oynayan, müəyyən təcrübəyə malik qurumlar da dəvət ediləcək və onların da konstruktiv xarakter daşıyan, sənədin təkmilləşməsinə xidmət edən tövsiyələri, təklifləri nəzərə alınacaq. İşçi Qrupu bu müzakirələrdən tam təkmil sənədi komitəmizə, komitəmiz də öz növbəsində plenar iclasa tövsiyə edəcək. Eyni zamanda, ümidvaram ki, bu, vətəndaş cəmiyyətinin qorunması prosesində vətəndaşların rolunun artırılması yönündə ciddi bir qanun olacaq”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az