“Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki…”-SEVİNC HÜSEYNOVA

Bu gün dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin doğum günüdür.

Ulu Öndər Heydər Əliyev öz qətiyyəti ilə milli azadlıq və istiqlaliyyət tarixində, Azərbaycan xalqının ən taleyüklü məqamlarında xalqının xilaskarı olmuş və onu rifaha aparmış dahi şəxsiyyətdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

Ötən illərə nəzər salarkən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.

Məhz intibah və milli şüurun oyanışı da Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin doğum günü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Ruhun qarşısında dərin ehtiram və minnətdarlıq hissi ilə baş əyirəm, unudulmaz şəxsiyyət, ümummilli lider Heydər Əliyev!

Sevinc HÜSEYNOVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaq”-MEHRİBAN ƏLİYEVA

Read Next

“Tarixin o xalqları şanslıdır ki, onların taleyini dəyişən liderlər olur…”-POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir