Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın cəsur və unudulmaz oğullarından biri, Milli Qəhrəman Asif Məhərrəmovun, hamımızın yaxından tanıdığı əfsanəvi Fred Asifin əziz xatirəsinə həsr olunmuş belə bir tədbirin keçirilməsi olduqca qürurverici və təsirli bir hadisədir.
Şair-publisist Raziyə Kamilqızının qələmə aldığı “Vətənin Ölməz Səsi” adlı yeni kitabı gələcək nəsillərə qəhrəmanımızın döyüş yolunu, vətən sevgisini və göstərdiyi şücaətləri ötürmək üçün çox qiymətli bir salnamədir.
Şəhid ailələrinin, Qazilərimizin, Ziyalıların və ictimaiyyət nümayəndələrinin bir araya gəldiyi bu cür tədbirlər, sadəcə, bir kitab təqdimatı deyildir.
Eyni zamanda, vətənə, tarixə və qəhrəmanlarımıza olan sonsuz ehtiramın, milli birliyin bariz nümunəsidir.
Fred Asif kimi oğulların xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, onların keçdiyi şərəfli yol hər bir azərbaycanlı üçün örnək olaraq qalacaqdır.
Bu dəyərli əsərin ərsəyə gəlməsində Leyla Əhmədovaya və əməyi olan hər kəsə, xüsusilə, müəllifə-Raziyə Kamilqızına təşəkkür edirəm.
Allah bütün şəhidlərimizə rəhmət etsin!



Seymur ABDULLAYEV,
Etikxeber.az





